Dünya
İran silahlı qüvvələri maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib
İran ABŞ ilə münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda silahlı qüvvələrinin maksimum döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edib. Oxu.Az bu barədə "Press TV"yə istinadən xəbər verir. İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid İbn əl-Rza ölkənin istənilən ssenariyə hazır olduğunu vurğulayıb. Yüksəkrütbəli hərbçi xəbərdarlıq edib ki, İslam Respublikasına qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq.
Mənbə
oxu.az