Dünya

Tramp İran gəmilərini məhv etməklə hədələdi

13 Apr 2026, 18:58 1 baxış
Tramp İran gəmilərini məhv etməklə hədələdi
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında ABŞ donanmasına yaxınlaşacaq İran gəmilərinin məhv ediləcəyi ilə hədələyib. Oxu.Az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb. "İranın hərbi dəniz qüvvələri - 158 gəmi dənizin dibindədir, tamamilə məhv edilib. Onların azsaylı "sürətli zərbə katerlərinə" zərbə endirmədik, çünki onları böyük təhlükə hesab etmirdik. Xəbərdarlıq edirəm: Bu gəmilərdən hər hansı biri blokadamıza yaxınlaşarsa, dərhal məhv ediləcək. Bunun üçün dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni sistem tətbiq olunacaq. Bu, sürətli və sərt addım olacaq", - deyə Tramp bildirib.
Tramp İran gəmilərini məhv etməklə hədələdi
Mənbə oxu.az

Oxşar Xəbərlər