Mədəniyyət
Ramiz Həsənoğlu: Azərbaycan televiziya və teatr sənətinin 80 illik yolçusu
Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu 80 illik yubileyini qeyd edir. Oxu.Az xatırladır ki, Ramiz Həsənoğlu (Ramiz Həsənağa oğlu Mirzəyev) 1946-cı ildə İrəvan şəhərində anadan olub. O, sənətkar ailəsində böyüyüb. Anası Azərbaycan milli teatr sənətində özünəməxsus ifaçılıq üslubu ilə seçilən əməkdar artist Ətayə Əliyeva, atası isə əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyev olub.
1948-ci ildə bölgədə baş verən hadisələr nəticəsində İrəvan teatrının kollektivi Azərbaycana köçmək məcburiyyətində qalıb. Bu zaman cəmi iki yaşı olan Ramiz Həsənoğlu ailəsi ilə birlikdə Gəncə şəhərinə gəlib, 1956-cı ildə isə ailə Bakıya köçüb. 1965-ci ildə orta məktəbi bitirən R.Həsənoğlu Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi fəaliyyətə başlayıb. O, sənətin incəliklərini görkəmli ustadlar - Ağaəli Dadaşov, Rauf Kazımovski və Arif Babayevdən öyrənib.
Yaradıcılığı boyu o, Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" kimi teletamaşaları ekranlaşdırıb. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub. Rejissor xüsusilə Hamlet Xanızadə, Həsən Əbluc və Yaşar Nurinin rol aldığı "Qatarda" televiziya tamaşasından sonra geniş tamaşaçı rəğbəti qazanıb. Onun quruluş verdiyi uğurlu ekran işləri sırasında Hüseyn Cavidin eyniadlı əsəri əsasında çəkilən "Topal Teymur" xüsusi yer tutur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" layihələri rejissora daha geniş şöhrət gətirib. Onun yaradıcılığında xüsusi yer tutan "Ac həriflər" televiziya tamaşası isə "Humay" mükafatına layiq görülüb.
Ramiz Həsənoğlu ümumilikdə 200-dən artıq bədii, sənədli və musiqili proqramın müəllifidir. O, həmçinin Musiqili Komediya Teatrında "Məzəli əhvalat", Milli Akademik Dram Teatrında isə "Brüsseldən məktublar" tamaşalarına quruluş verib. Rejissorun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülüb. 2007-ci ildə isə yenidən Anarın ssenarisi əsasında "Cavid ömrü" tammetrajlı bədii filmi ekranlaşdırıb. 1993-cü ildən etibarən Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edən R.Həsənoğlu, həmçinin Azərbaycan Kinematoqrafçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyasının bürosunun üzvüdür. Onun Azərbaycan televiziya və radiosunun inkişafındakı xidmətləri yüksək qiymətləndirilib və 2006-cı il noyabrın 4-də Ramiz Həsənoğluna "Xalq artisti" fəxri adı verilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər