Mədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

13 Apr 2026, 12:52 1 baxış
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, aprelin 13-dən 19-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Aprelin 9-da saat 19:00-da Toktoqul Satılqanov adına Qırğız Milli Filarmoniyası böyük yazıçı Çingiz Aytmatovun eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Cəmilə" müzikli olacaq. Biletlərin qiyməti: 10-20 manat.
Aprelin 17-də, saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq. Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Aprelin 18-də saat 19:00-da Elçinin "Cəhənnəm sakinləri" tamaşası oynanılacaq. Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur. Biletlərin qiyməti: 8-15 manat.
Aprelin 19-da saat 11:00-da "Bir qalanın sirri" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Biletlərin qiyməti: 8 manat.
Aprelin 19-da saat 19:00-da "Qətibə İnanc" tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı: Aprelin 17-də saat 19:00-da "Dəlinin qeydləri" tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 10 manat.
Aprelin 19-da saat 18:00-da Mehriban Ələkbərzadənin "Kod adı: V.X.A." tarixi-sənədli dram əsəri təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 10-15 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı: Aprelin 17-də saat 19:00-da "Arşın mal alan" ikihissəli operettası. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir. Biletlərin qiyməti: 8-15 manat
Aprelin 18-də saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-15 manat.
Aprelin 19-da saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı "Leyli və Məcnun" tamaşası olacaq. Quruluşçu rejissor və libretto müəllifi Samir Qulamovdur. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında): Aprelin 18-də saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klas" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Biletlərin qiyməti: 5-15 manat.
Aprelin 19-da saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 5-15 manat.
Heydər Əliyev Sarayı: Aprelin 15-də saat 20:00-da ƏSA Teatrının "PARİS NOTR-DAM" musiqili tamaşası oynanılacaq. Biletlərin qiyməti: 15-120 manat.
Mənbə oxu.az

Oxşar Xəbərlər