Digər

Atəşkəs vaxtı Ukraynanın təxliyə qrupu öldürüldü

12 Apr 2026, 01:38 1 baxış
Atəşkəs vaxtı Ukraynanın təxliyə qrupu öldürüldü

Ötən gün Rusiya qüvvələri Zaporojye bölgəsində Ukraynanın təxliyə qrupuna hücum edib. Bu, Kremlin elan etdiyi atəşkəsin artıq qüvvədə olduğu bir vaxtda baş verib.


Axar.az xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsi məlumat verib.


Bildirilir ki, rusların hücumu təxminən saat 17:30-da başlayıb, atəşkəs isə artıq saat 16:00-da elan edilmişdi.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs ötən gün başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər