Digər
Pezeşkian: Onlar maraqlarımızı qətiyyətlə müdafiə edəcək
İran nümayəndə heyəti ABŞ-la danışıqlarda bizim maraqlarımızı qətiyyətlə müdafiə edəcək.
Axar.az xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian deyib.
"Pakistana gedən yüksək rütbəli İran nümayəndə heyəti var gücü ilə İranın maraqlarını əzmlə müdafiə edəcək. Hər halda bizim xalqa xidmətimiz bir dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsi nə olursa olsun, hakimiyyət xalqın tərəfində möhkəm dayanır", - o bildirib.
Qeyd edək ki, bu gün ABŞ və İran arasında İslamabadda danışıqlar aparılır.
Mənbə
axar.az