Digər

ABŞ rəsmən elan etdi: Gəmilər Hörmüz boğazından keçib

11 Apr 2026, 22:52 1 baxış
ABŞ rəsmən elan etdi: Gəmilər Hörmüz boğazından keçib

ABŞ Hərbi Dəniz Donanmasına aid iki gəmi Hörmüz boğazından keçib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset X hesabında yazıb.


O, gəmilərin Hörmüz boğazının SEPAH tərəfindən qoyulmuş dəniz minalarından tamamilə təmizlənməsini təmin etmək üçün daha geniş bir missiyanın bir hissəsi olaraq Fars körfəzində fəaliyyət göstərdiklərini bildirib.


Qeyd edək ki, daha öncə ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisinin İranla razılaşdırmadan Hörmüz boğazından keçdiyi xəbəri yayılıb. İran mənbələri isə bu məlumatı təkzib edib.

Mənbə axar.az

Oxşar Xəbərlər