Digər
ABŞ hərbi gəmiləri İranla razılaşdırmadan Hörmüzü keçib?
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisi İranla razılaşdırmadan Hörmüz boğazını keçib.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayandan bəri ilk belə haldır.
İranın təhlükəsizlik qüvvələrindəki mənbə isə ABŞ gəmilərinin Tehran ilə razılaşdırılmadan Hörmüz boğazından keçməsi barədə məlumatları təkzib edib.
Xatırladaq ki, ABŞ və İran arasında 8 apreldə iki həftəlik atəşkəs barədə razılıq əldə edilib. Bu gün isə İslamabadda ABŞ və İran nümayəndələri arasında görüş keçirilir.
Mənbə
axar.az