Digər

Rusiya Kramatorsku bombaladı: yaralılar var

11 Apr 2026, 18:36 1 baxış
Rusiya Kramatorsku bombaladı: yaralılar var

Rusiya Donetsk vilayətinin Kramatorsk şəhərinə genişmiqyaslı hava hücumu həyata keçirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.


Məlumata görə, hücum nəticəsində ən azı 10 nəfər yaralanıb. İlkin məlumatlara görə, ruslar şəhər mərkəzinə UMPK modulu olan dörd FAB-250 bombası ilə zərbələr endiriblər.


Hücum zamanı bir yaşayış binası, 12 avtomobil zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər