Digər

ABŞ İranın bloklanmış aktivlərini azad etdi - KİV

11 Apr 2026, 14:37 1 baxış
ABŞ İranın bloklanmış aktivlərini azad etdi - KİV

ABŞ rəsmi olaraq Qətər və digər xarici banklarda dondurulmuş İran aktivlərini azad etməyə razılıq verib.


Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə yüksək səviyyəli İran rəsmisi “Röyters” agentliyinə açıqlamasında deyib.


“Tehran administrasiyası olaraq, biz bu addımı açıq bir xoşməramlılıq jesti və danışıqlar masasında ciddilik əlaməti kimi görürük”, - İran rəsmisi əlavə edib.


Qeyd edək ki, qərarın birbaşa Hörmüz boğazından təhlükəsiz keçidlə əlaqəli olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər