Digər

Vladiqafqazda güclü partlayış: ölən var - Video

10 Apr 2026, 15:48 1 baxış
Vladiqafqazda güclü partlayış: ölən var - Video

14:20


Rusiyanın Vladiqafqaz şəhərində güclü partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.


Bildirilib ki, hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb.


Hadisə nəticəsində ən azı iki nəfər xəsarət alıb, onların vəziyyəti ağır qiymətləndirilir.


***


Vladiqafqazda partlayış nəticəsində yaralananların sayı 8 nəfərə çatıb.


Bu barədə Rusiya mediası məlumat yayıb.


Bildirilib ki, yaralılardan biri uşaqdır.




Məlumata görə, hadisə yerində təcili yardım xidmətləri işləyir, anbarda partlayışlar davam edir.


***


Vladikavkazda partlayış nəticəsində yaralananların sayı 14 nəfərə çatıb.


Rusiya mediasının xəbərinə görə, bu barədə Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo bildirib.


***


Rusiyanın Vladikavkaz şəhərində güclü partlayışda 1 nəfər ölüb.


Bu barədə Rusiya mediası məlumat yayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər