Digər

Rusiyada Puqaçova ilə bağlı festival ləğv edildi

10 Apr 2026, 12:52 1 baxış
Rusiyada Puqaçova ilə bağlı festival ləğv edildi

Rusiyalı məşhur müğənni Alla Puqaçovanın illik fan festivalı olan “Puqaçova baharı” ləğv edilib.


Kult.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Məlumata görə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin Rusiya baş prokuroruna Moskvada “Puqaçova Baharı”nın ləğvi tələbi ilə müraciət edib. O bildirib ki, ilk növbədə insanların təhlükəsizliyi naminə festivalın keçirilməsinin qarşısı alınmalıdır.


Onun sözlərinə görə, tədbirə həm fanatlar, həm də pis məqsəd güdən şəxslər gələ və hətta davaya da girə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər