Digər
İrandan Pakistandakı danışıqlarla bağlı açıqlama
İran danışıqlar qrupunun İslamabada gəlişi ilə bağlı xəbərlər yalandır.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” mənbələrə istinadla məlumat yayıb.
“ABŞ Livanda atəşkəs öhdəliklərini yerinə yetirmədikcə və İsrail hücumlarını davam etdirdikcə danışıqlar dayandırılacaq”, - mənbə bildirib.
Qeyd edək ki, ABŞ mediası İran nümayəndə heyətinin Vaşinqtonla danışıqlar aparmaq üçün Pakistana yollanması barədə xəbər yaymışdı.
Mənbə
axar.az