Digər
İsrail ilə danışıqlar aparılmayacaq - Livan
Livan hakimiyyəti əvvəlcədən atəşkəs elan edilmədən İsraillə heç bir danışıqlar aparmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan Livan rəsmisi CNN-ə bildirib.
Mənbənin sözlərinə görə, atəş altında heç bir danışıqlar aparılmayacaq.
Qeyd edək ki, İsrailin Livana aprelin 8-də həyata keçirdiyi hücum nəticəsində 300-dən çox insan həlak olub. Bu gün də İsrailin Livana zərbələr endirdiyi xəbəri yayılıb.
Mənbə
axar.az