Digər
Bu ölkə qırıcıları rus təyyarəsinə görə havaya qaldırıldı
Son 48 saat ərzində Polşanın iki F-15 qırıcısı Rusiyaya məxsus İl-20 təyyarəsinin Baltik dənizi üzərində uçması səbəbindən ikinci dəfə havaya qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında deyilir.
Bildirilib ki, 8 apreldə analoji hadisə baş vermişdi.
Bundan öncə, Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarələrinin bütün uçuşlarının beynəlxalq hava məkanı qaydalarına uyğun şəkildə həyata keçirildiyini açıqlamışdı.
Mənbə
axar.az