Digər
Bu, Rusiya ilə danışıqlara təsir göstərir - Budanov
Rusiyanın neft terminallarına edilən hücumlar danışıqlar prosesinə təsir göstərir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.
"Rusiyaya hücumlar mütləq təsir göstərir. Bu, göz qabağındadır", - deyə Budanov qeyd edib.
Budanov vurğulayıb ki, bu zərbələr nəticəsində Rusiyanın mövqeyinin dəyişib-dəyişməməsi mübahisəli məsələdir:
"Düşünürəm ki, Rusiya ilə növbəti danışıqlarda bir çox yeni şeylər eşidəcəyik. Hər halda, bu, mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirir və onu, necə deyərlər, zəif etmir".
Mənbə
axar.az