Digər
Putindən orduya göstəriş: Təxribata hazır olun!
Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi zamanı silahlı qüvvələrə Ukraynanın istənilən təxribatlarına hazırlıqlı olmaları barədə göstəriş verib.
Axar.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.
Qeyd edək ki, V.Putin Pasxa atəşkəsi elan edib. Atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər qüvvədə olacaq. Bu müddətdə hərbi əməliyyatlar dayandırılacaq.
Mənbə
axar.az