Digər

Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir

05 Apr 2026, 21:17 2 baxış
Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir

ABŞ-ın İranda vurulan F-15 təyyarəsinin pilotlarından birini xilas etmək üçün keçirdiyi əməliyyatda itkiləri politoloqların diqqətini çəkib.


Axar.az xəbər verir ki, politoloq Turab Rzayev bu əməliyyatın ABŞ ordusuna 300 milyona başa gəldiyini bildirib.


“ABŞ-ın vurulmuş F-15 pilotunun xilasetmə missiyasının təkcə təyyarə itkiləri bunlardır: “A-10 Thunderbolt II” - təxminən 18,8 milyon; 2 ədəd “C-130 Herkules” - 150–200 milyon dollar; iki ədəd MH-6 - 15 milyon dollar, bir və ya iki ədəd MQ-9 - 30 və ya 60 milyon dollar”, - politoloq vurğulayıb.


Politoloq missiyanın uğursuz olduğunu, əsl məqsədin gizlədildiyini qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər