Digər

Tramp elan etdi: İrana qarşı onları silahlandırırıq!

05 Apr 2026, 20:51 2 baxış
Tramp elan etdi: İrana qarşı onları silahlandırırıq!

ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”un aparıcısı Trey İnqst ilə müsahibəsində ABŞ-ın İran hökumətini iğtişaşlara təhrik etməklə devirməyə çalışan "etirazçılara" silah göndərdiyini təsdiqləyib.


Axar.az xəbər verir ki, bu məlumatı aparıcı özü yayıb.


“Biz etirazçılara silah göndərdik, onların əksəriyyətinə”, - deyə İnqst Trampdan sitat gətirib və prezidentin İraq kürdlərini nəzərdə tutduğunu vurğulayıb.


Tramp əlavə edib ki, artıq kürdlərin “silahları götürdüyünü” düşünür.

Mənbə axar.az

Oxşar Xəbərlər