Digər

İran "daha bir" ABŞ təyyarəsini vurdu

05 Apr 2026, 18:22 2 baxış
İran "daha bir" ABŞ təyyarəsini vurdu

İran ABŞ Silahlı Qüvvələrinin daha bir C-130 hərbi nəqliyyat təyyarəsini vurub.


Axar.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı məlumat yayıb.


"İlkin məlumata və hadisə yerində ekspertlər tərəfindən aparılmış əlavə yoxlamalara əsasən, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsinin və iki "Black Hawk" helikopterinin məhv edildiyi müəyyən edilib", - bəyanatda deyilir.


Qeyd edək ki, bundan öncə "Nyu York Tayms" əməliyyat zamanı "xarab olan" iki ədəd təyyarənin yandırılaraq məhv edildiyini açıqlamışdı. "Le Monde" isə iki helikopter və iki təyyarə vurulduğunu artıq yazmışdı.


SEPAH da bundan öncəki açıqlamasında iki helikopterin "orduya tabe olmayan İran tayfaları" tərəfindən vurulduğunu bildirmiş və onlara təşəkkür etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər