Digər
İranın hücumu: Əbu-Dabidəki zavod fəaliyyətini dayandırdı
Əbu-Dabidəki “Buruc” neft-kimya zavodunun fəaliyyəti İranın PUA hücumları səbəbindən müvəqqəti olaraq dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə BƏƏ hökuməti tərəfindən məlumat verilib.
“Yanğınsöndürmə xidmətləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan PUA-nın qalıqlarının zavodun ərazisinə düşməsi nəticəsində baş verən bir neçə yanğını söndürür”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az