Kriminal

Beyləqanda AĞIR QƏZA: "Hyundai" idarəetmədən çıxaraq AĞACA ÇIRPILDI - VİDEO

02 Apr 2026, 13:12 1 baxış
Beyləqanda AĞIR QƏZA: "Hyundai" idarəetmədən çıxaraq AĞACA ÇIRPILDI - VİDEO
Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılmış vəziyyətdə qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpıldığı və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1989-cu il təvəllüdlü Xəqani Xaliqəddin oğlu Quliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər