Kriminal
Sumqayıtda bir ailənin beş uşağı dəm qazından zəhərlənib
Sumqayıt şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü C.Cəbrayılov, 2018-ci il təvəllüdlü M.Cəbrayılov, 2019-cu il təvəllüdlü H.Cəbrayılov, 2021-ci il təvəllüdlü A.Cəbrayılova və 2024-cü il təvəllüdlü G.Cəbrayılova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Azyaşlılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər