Kriminal

Ağsuda "Mercedes" aşdı: İki nəfər xəsarət aldı

02 Apr 2026, 10:14 1 baxış
Ağsuda "Mercedes" aşdı: İki nəfər xəsarət aldı
Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər