Kriminal

Cəlilabadda dəhşətli hadisə: 85 yaşlı kişi QOHUMUNUN EVİNDƏ ÖLDÜ

02 Apr 2026, 09:41 1 baxış
Cəlilabadda dəhşətli hadisə: 85 yaşlı kişi QOHUMUNUN EVİNDƏ ÖLDÜ
Cəlilabaddakı güclü yanğın zamanı yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb. "Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyevin meyiti aşkar edilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə bildirilib. Cəlilabadda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 1-də saat 23 radələrində Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyev yaşadığı - qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər