Kriminal
Masallıda FACİƏ: Baba və iki yaşlı nəvəsi öldülər - FOTO
Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub. Oxu.Az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. Təxminən 200 kvadratmetrlik evdə baş verən alovlanma qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev (baba) və onun iki yaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadə faciəli şəkildə ölüblər. Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
{{gallery}} Aytac Qasımova
{{gallery}} Aytac Qasımova
Mənbə
oxu.az
Oxşar Xəbərlər