Kriminal

Goranboyda yük maşını ilə minik avtomobili toqquşdu - Xəsarət alanlar var

01 Apr 2026, 14:40 1 baxış
Goranboyda yük maşını ilə minik avtomobili toqquşdu - Xəsarət alanlar var
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon ərazisində yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Goranboy Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə 1 aprel 2026-cı il tarixində saat 12:15-də qeydə alınıb. Açıqlamada qeyd olunub ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü kişi xəsarət alaraq hospitalizasiya olunub: "Ona dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb".
Mənbə oxu.az

Oxşar Xəbərlər