Kriminal

Salyanda itkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

01 Apr 2026, 12:56 1 baxış
Salyanda itkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO
Salyanda itkin düşən kişinin meyiti 60 gündən sonra tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb. Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Rəfael Nəsirov yanvarın 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti bu gün səhər saatlarında kənd ərazisindəki kanalda aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məlumata görə, R.Nəsirov son vaxtlar yaşla əlaqədar anlamsız vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər