Kriminal

Sumqayıtda 46 yaşlı qadın bıçaqlandı: Qardaşı saxlanıldı

01 Apr 2026, 11:00 1 baxış
Sumqayıtda 46 yaşlı qadın bıçaqlandı: Qardaşı saxlanıldı
Sumqayıt şəhərində 46 yaşlı qadın bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səbirə İslamova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalarla müəyyən olunub ki, o, aralarında yaranmış mübahisə nəticəsində qardaşı, 1985-ci il təvəllüdlü Ramil Əmrahov tərəfindən bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Əmrahov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər