Dünya

SEPAH ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbə endirdiyini bəyan edib

31 Mar 2026, 23:30 2 baxış
SEPAH ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbə endirdiyini bəyan edib
SEPAH ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbə endirdiyini açıqlayıb. Oxu.Az IRIB-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanında yerləşən Əl-Xarc bazasında ABŞ hərbi aviasiya heyətinin dislokasiya məntəqəsi pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən birgə əməliyyat zamanı hədəfə alınıb. "Bu əməliyyat zamanı ABŞ ordusunun ən azı 200-dən çox hərbçisi məhv edilib və ya yaralanıb", - deyə bəyanatda bildirilib. Qeyd olunub ki, ölən və yaralananların böyük hissəsinin ABŞ qırıcılarının pilotları olduğu iddia edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər