Kriminal
Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobil VAZ-2109-la toqquşub. Hadisə nəticəsində iki nəfər - Zaqatala rayon, Tala kənd sakini, 1990-cu il təvəllüdlü Əziz Müsail oğlu Kərimov və rayonun Muxaq kənd sakini Ramazan Mahmudov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər