Dünya
Ankarada Cümhuriyyət Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Türkiyənin paytaxtı Ankaranın Keçiören bələdiyyəsi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə bağlı həmrəylik nümayiş etdirib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, martın 31-də Keçiörendə yerləşən Cümhuriyyət Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib. Bu addım Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ildönümündə dəstək və başsağlığı ifadəsi kimi qiymətləndirilib.
Mənbə
oxu.az