Dünya

Pezeşkian vəziyyətin normallaşması üçün yeganə yolu açıqlayıb

31 Mar 2026, 21:48 2 baxış
Pezeşkian vəziyyətin normallaşması üçün yeganə yolu açıqlayıb
"İrana qarşı aqressiyanın tam dayandırılması vəziyyətin normallaşması üçün yeganə həll yoludur". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Aİ Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığı zamanı deyib. "Vəziyyətin normallaşması üçün yeganə yol ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır. Biz heç bir mərhələdə gərginlik və müharibə istəməmişik və müəyyən şərtlər, xüsusilə də aqressiyanın təkrarlanmayacağına dair zəruri təminatlar olduğu halda bu müharibəni başa çatdırmaq iradəsinə malikik", - Pezeşkian bildirib. Prezident əlavə edib ki, regiondakı vəziyyətə istənilən bəhanə ilə kənar müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər. O, Avropa ölkələrinə İrana münasibətdə yürütdükləri siyasəti yenidən nəzərdən keçirməyi tövsiyə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər