Dünya
SEPAH "Intel" və "Microsoft"un regional obyektlərini vurmaqla hədələdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin texnologiya şirkətlərinin regiondakı obyektlərini hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının davam edəcəyi halda, "Intel", "Cisco", "Microsoft" da daxil olmaqla bir sıra şirkətlərin obyektlərinə zərbələr endirilə bilər. "Terror aktları üçün hədəflərin hazırlanması və izlənməsində əsas rol ABŞ-nin IT və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərinə məxsusdur. Bu terror əməliyyatına cavab olaraq, bundan sonra bu fəaliyyətlərdə iştirak edən əsas qurumlar bizim qanuni hədəflərimiz hesab olunacaq", - deyə bəyanatda qeyd edilib. SEPAH ümumilikdə 18 şirkətin adını açıqlayıb. Siyahıya "Cisco", HP, "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", IBM, "Nvidia", "JPMorgan", "Tesla", GE və "Boeing" kimi şirkətlər daxildir.
Mənbə
oxu.az