Dünya
Azərbaycanın UNESCO-dakı fəaliyyəti müzakirə olunub
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş baş direktor müavini Asa Reqnerlə görüşüb. Oxu.Az xəbər verir ki, görüş zamanı Azərbaycanın UNESCO çərçivəsində fəal rolu müzakirə olunub. Tərəflər gender bərabərliyi, təhsil sahəsində əməkdaşlıq, "UNESCO-80" təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə
oxu.az