Dünya
Beyrutda yaşayış binasına raket zərbəsi endirilib - ANBAAN GÖRÜNTÜ
Livanın paytaxtı Beyrutda yaşayış binasında baş verən partlayışın görüntüləri yayılıb. Oxu.Az RT-yə istinadən xəbər verir ki, kadrlarda zərbə anında yerli sakinlərin küçədə gəzdiyi görünür.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 21 livanlı həlak olub. Bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib. "Hərbi eskalasiya başlayandan bəri ölənlərin sayı 1 268 nəfərə çatıb, yaralıların sayı isə 3 750-dir. İsrail hücumlarının qurbanları arasında 1 057 kişi, 124 uşaq və 87 qadın var", - deyə məlumatda qeyd olunub.

Mənbə
oxu.az