Dünya

Pit Heqset: "ABŞ İrana quru qoşunlarının yerləşdirilməsini istisna etmir"

31 Mar 2026, 18:48 2 baxış
Pit Heqset: "ABŞ İrana quru qoşunlarının yerləşdirilməsini istisna etmir"
"Vaşinqton İranla müharibədə quru qoşunlarının yerləşdirilməsi də daxil olmaqla, heç bir variantı istisna etmir, lakin planların açıqlanması ordunu gözlənilməzlik elementindən məhrum edir". Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset mətbuat konfransında bildirib. "Biz heç bir variantı istisna etmirik. Düşmənə nə etməyə hazırlaşdığını və ya nəyi etmək istəmədiyini, o cümlədən quru qoşunlarının yerləşdirilməsini deməklə, döyüşdə qalib gəlmək mümkün deyil. Mahiyyət gözlənilməz olmaqda və nə etmək istədiyini və ya istəmədiyini qəti şəkildə heç kimə bildirməməkdir", - deyə Heqset bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər