Dünya
Pentaqon rəhbəri İranla bağlı şərtləri açıqladı: "Hərbi əməliyyatlar yaxın günlərdə həlledici olacaq"
"İrana qarşı hərbi əməliyyatlar yaxın günlərdə həlledici olacaq". Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset deyib. "İran kifayət qədər ağıllı olsa, razılaşma əldə edəcək. ABŞ razılaşmaya hazırdır. İran hakimiyyəti sövdələşmənin şərtlərini bilir. Qarşı tərəf razılaşma əldə etməsə, ABŞ hərbi əməliyyatı davam etdirəcək", - deyə Pentaqon rəhbəri mətbuat konfransında bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə
oxu.az