Dünya
NATO xarici işlər nazirlərinin növbəti görüşünün yeri və vaxtı bəlli oldu
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü mayın 21-22-də İsveçdə keçirəcək. Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. "İsveç 2024-cü ilin martında NATO-ya daxil olduqdan bəri ilk dəfə belə bir tədbirə ev sahibliyi edəcək", - deyə açıqlamada bildirilib.
Mənbə
oxu.az