Kriminal

Şəkidə ev yandı: Xəsarət alanlar var

31 Mar 2026, 15:34 1 baxış
Şəkidə ev yandı: Xəsarət alanlar var
Şəki şəhərində yaşayış evində qəfil yanğın olub. Oxu.Az-ın məlumatına görə, hadisə ehtiyatsızlıqdan baş verib. Bu gün saat 13 radələrində şəhər ərazisində fərdi yaşayış evlərindən birində ev sahibi mətbəxdə qazı yandırarkən qəfil alışma baş verib. Nəticədə mətbəx və evin bir otağı yanıb. Hadisə zamanı yanğını söndürməyə cəhd edən iki nəfər yanıq xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər