Dünya
Putin və Paşinyan Cənubi Qafqazdakı vəziyyətlə bağlı danışıqlar aparacaqlar
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, aprelin 1-də V.Putin və Moskvada işgüzar səfərdə olacaq N.Paşinyan arasında görüş keçiriləcək. "Danışıqlar zamanı Rusiya-Ermənistan strateji tərəfdaşlığı, müttəfiqliyinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmdəki cari məsələlər, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə olunacağı planlaşdırılıb", - deyə Kremldən bildirilib.
Mənbə
oxu.az