Mədəniyyət
Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür - FOTO - VİDEO
Bu gün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri bəstəkar, musiqi xadimi, xanəndə, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür. Oxu.Az xatırladır ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar.
Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Cənubi Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb. Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı olub. Bu sənəti Cabbara da öyrətmək istəyib. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirib. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edib. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb olub.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs olub. O bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradıb ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyub. Onun köhnə qrammofon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir olub. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyub, eyni zamanda, təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırıb, kədərini, qəmini unutdurub.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyük olub. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. Cabbar Qaryağdıoğlunun şairliyi də olub. Bəstəkar kimi mahnılar da qoşub. O, 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Mənbə
oxu.az
Oxşar Xəbərlər