Dünya
Zelenski: "Tramp Ukrayna ordusunun Donbasdan çıxarılmasını tələb edir"
ABŞ Prezidenti Donald Tramp və onun ətrafı Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması zərurətindən danışır və bunu münaqişənin həlli üçün əsas tələb hesab edir. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib. Dövlət başçısı bildirib ki, D.Tramp və onun komandası münaqişəyə son qoymaq üçün Ukrayna qoşunlarının çıxarılmasından başqa yol görmürlər. V.Zelenski əlavə edib ki, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və D.Trampın kürəkəni Cared Kuşnerlə Mayamidə aparılan son danışıqlar heç bir nəticə verməyib. Qeyd edək ki, daha əvvəl "Axios" nəşri V.Zelenskinin İranla münaqişə həll edildikdən sonra D.Trampın ona yenidən təzyiq göstərə biləcəyindən narahat olduğunu bildirib. Zelenskinin özü ABŞ-nin İranla müharibəyə son qoymaq istədiyini bildirsə də, Vaşinqtonun buna nail olmaq üçün yanaşmasını tənqid edib.
Mənbə
oxu.az