Dünya

İran neftlə bağlı diskontu azaltdı, qiymətlər əhəmiyyətli dərəcədə artdı

31 Mar 2026, 11:30 2 baxış
İran neftlə bağlı diskontu azaltdı, qiymətlər əhəmiyyətli dərəcədə artdı
"İran özünün neft partiyalarına tətbiq etdiyi diskontun (malın, xidmətin qiymətinin aşağı salınması və ya qiymətli kağızın nominal dəyəri ilə bazar dəyəri arasındakı fərq - red.) həcmini kiçildib, bununla da neftin qiyməti kəskin şəkildə artıb". Oxu.Az xəbər verir ki, bu sözləri İslam Respublikasının neft naziri Möhsün Paknejad bəyan edib. "Yanacaqla təchizatla bağlı narahat olmağa dəyməz, bu sahədə bütün gərəkli addımlar atılıb və əhali arxayın ola bilər ki, heç bir çətinlik yaranmayacaq. Neft satışı sektorunda endirimlərin miqdarı xeyli dərəcədə aşağı salınıb. Eyni zamanda, orta satış qiyməti də əhəmiyyətli səviyyədə artıb", - deyə Paknejadın "Telegram" kanalındakı paylaşımında qeyd olunur. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər