Kriminal

Bakıda faciə: Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü - VİDEO

31 Mar 2026, 00:48 1 baxış
Bakıda faciə: Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü - VİDEO
Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib. Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, yaşlı qadın Ağa Nemətulla küçəsi, 22 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək meyitə baxış keçiriblər. Ölən şəxsin Qərənfil Sadıqova olduğu müəyyən edilib. Qonşuların sözlərinə görə, qadının bir neçə il əvvəl oğlunu itirdikdən sonra səhhətində problemlər yaranıb. O, son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirmiş və ailəsi - həyat yoldaşı və qızı ilə birlikdə yaşayırmış. Mərhumun meyiti dəfn edilməsi üçün doğulduğu Tovuz rayonuna göndərilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər