Kriminal
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Zaur Hüseynovu vurub. Ağır xəsarətlər alan 63 yaşlı piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə
oxu.az