Mədəniyyət

Ramiz Rövşən: "Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi" - VİDEO

30 Mar 2026, 13:10 1 baxış
Ramiz Rövşən: "Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi" - VİDEO
"Azərbaycan mədəniyyəti üçün bu, çox böyük itkidir. Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi". Bu sözləri Xalq şairi Ramiz Rövşən Xalq artisti Rasim Balayevlə vida mərasimində Baku TV-yə açıqlamasında deyib.
O söyləyib ki, Rasim Balayev gənc yaşlarında böyük şöhrət qazanıb. Lakin bu şöhrət nə ailəsinə münasibətini, nə dostlarına yanaşmasını, nə də xarakterini zərrə qədər dəyişib. "Şöhrət onun üzərinə sel kimi gəldi, amma o, yenə də həmin Rasim olaraq qaldı. Rasimdə olan yumor hissi nadir insanlarda vardı. Düşünürəm ki, o, komediya rollarını da böyük ustalıqla oynaya bilərdi. Buna görə çox heyfislənirəm", - deyə Ramiz Rövşən bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər