Mədəniyyət
Rasim Balayevin qardaşı: "Müalicəyə getmək istəmirdi"
"Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə". Bu fikirləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib. O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər: "Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir". Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Mənbə
oxu.az