Mədəniyyət
Əməkdar artist: "Rasim Balayev ən mürəkkəb məsələləri belə çox asanlıqla həll edirdi"
"Rasim Balayevi çox şən bir insan kimi tanıyırdım. Bir neçə filmdə də birlikdə iştirak etmişik. Harada Rasim var idisə, orada çox maraqlı söhbətlər olurdu. Ən mürəkkəb məsələləri belə Rasim müəllim çox asanlıqla həll edə bilirdi". Bu sözləri Oxu.Az-a açıqlamasında respublikanın Əməkdar artisti Azad Şükürov deyib. O bildirib ki, Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir: "Ziyalı bir insan dünyasını dəyişdi və ona görə də hamının simasında kədər var. Sənət adamının yerini doldurmaq mümkün deyil. Gələnlər öz yerlərinə gəlirlər. Rasim müəllim kimi sənətkarlar isə əvəzolunmazdır. Onun yoxluğu uzun müddət hiss olunacaq". Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər