İdman

"FIFA Series - 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

30 Mar 2026, 09:12 1 baxış
"FIFA Series - 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər